Dünya

Ayı insanların olduğu avtomobilə hücum etdi - VİDEO

18 İyun 2024 07:20
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Saxalin vilayətinin Oxinski rayonunda ayı yola çıxaraq insanların olduğu avtomobilə hücum edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə magistral yolda baş verib, avtomobil nasazlıq səbəbindən yol kənarında dayanıb.

Məlumata görə, avtomobildə bir sürücü və iki sərnişin olub.

Yırtıcı avtomobilə yaxınlaşaraq, onu hər tərəfdən iyləyib, kapota çıxıb və şüşə silgisini qoparıb.

Avtomobili yoxlayandan sonra ayı yoxa çıxıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Məlum olub ki, avtomobilin hidravlik muftası xarab olub, sürücü yolun kənarında dayanıb, digər avtomobili gözləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.