Dünya

Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb

16 İyun 2024 20:00
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda qurbanlıq öküz fəlakətə səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qəbiristanlığa qaçan öküz iki nəfəri yaralayıb, məzarları ziyarət etməyə gələnlər anonsla təxliyyə edilib.

Öküzü uzun müddət yaxalaya bilməyiblər.

Heyvan qəbiristanlıqda gül satan qadını və salfet satan uşağı yaralayıb. Daha sonra məzarların üstünə çıxıb.

Hadisə yerinə bələdiyyənin qrupu gəlib. İki nəfərin xəsarət alması səbəbindən hadisə yerinə gələn sağlamlıq qrupları yaralıları təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Polis qrupları, bələdiyyə qrupları və vətəndaşlar əsəbiləşən öküzün qarşısını almağa çalışıb. Lakin öküzü zərərsizləşdirmək mümkün olmayanda bələdiyyə komandası işə qarışıb.

Heyvana uyuşdurucu iynə atsalar da, qəzəbli öküz qaçmağa davam edib. Daha bir neçə iynə vurulduqdan sonra öküz yıxılıb və komanda tərəfindən nəzarət altına alınıb. Daha sonra öküz sahibinə qaytarılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.