Dünya

Ermənistan Təbrizdə baş konsulluq açmağa hazırlaşır

12 İyun 2024 09:07
Baxış: 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işləri görür.

Milli.Az bildirir ki, dünən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransında Ermənistanın Təbrizdə baş konsulluğunun açılması və İranın Qafandakı baş konsulluğunun fəaliyyəti haqqında deyib:

"İran və Ermənistan ötən illərdə Təbriz və Qafan şəhərlərində qarşılıqlı olaraq baş konsulluqların açılmasına dair saziş imzalayıb. İranın Qafandakı konsulluğu mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın səfəri zamanı açılıb.
Abdullahiyanın Ermənistana etdiyi son səfər zamanı Təbriz şəhərində Ermənistanın baş konsulluğunun qarşılıqlı şəkildə açılması ilə bağlı İranın razılığı bu ölkənin səlahiyyətli orqanlarına çatdırılıb və Ermənistan tərəfi bunun üçün lazımi hazırlıq işləri görür. İranın Qafandakı peşəkar fəaliyyəti uğurla davam edir və bütün iranlılara konsulluq xidmətləri göstərilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.