Dünya

Dünya bizə təzyiq edir, amma əl çəkməyəcəyik - İsrail

6 İyun 2024 23:35
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail güclü beynəlxalq təzyiqlərlə üzləşdiyi halda bir neçə cəbhədə birdən-birə hərbi əməliyyatlar keçirməyə məcburdur və məqsədlərindən əl çəkmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinin Mərkəzi Komandanlığında görüşdən sonra deyib.

"İsrail dövləti bir neçə cəbhədə ağır mübarizə aparır. Biz cənubda, şimalda və burada - İordan çayının qərb sahilində... Bu səylər bizə qarşı mürəkkəb beynəlxalq təzyiqlər fonunda həyata keçirilir. Ancaq sizi bir şeyə əmin edə bilərəm: əvvəllər nə varsa, bundan sonra da olmayacaq, biz bu reallığı dəyişəcəyik", - deyə Netanyahu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.