Dünya

Qüdsdə 2 min illik qızıl üzük aşkarlandı - FOTOlar

28 May 2024 23:15
Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Qədim Əşyalar İdarəsi və Təl-Əviv Universitetinin Qüdsdəki Davud şəhərciyində birgə qazıntıları zamanı 2300 yaşı olduğu təxmin edilən qaşlı qızıl üzük aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İsrail idarəsinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Üzük çox kiçikdir. O, qadının kiçik barmağına, ya da gənc qızın və ya oğlanın barmağına uyğundur", - qurumun arxeoloqları Yiftaç Şalev və Riki Zalut Har-Tov bildiriblər.

Alimlərin fikrincə, üslub baxımından üzük fars və erkən ellinizm dövrlərinin ümumi dəbini əks etdirir. Əşya eramızdan əvvəl IV əsrin sonu - III əsrin əvvəllərinə aiddir. Belə ki, bu dövrdə insanlar bəzəkli naxışlara deyil, qaşlı qızıl üzüklərə üstünlük veriblər.

Qeyd edək ki, arxeoloqlar iyirmi ildir ki, Qüdsün ən qədim yaşayış məntəqəsi olan Davud şəhərciyində qazıntılar aparırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.