Çində bir qadın ibtidai məktəbə bıçaqla hücum çəkib, ölən və yaralananlar var.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Minde şəhərində olub.
Hadisə nəticəsində iki nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Həlak olanlar arasında uşaqların olub-olmadığı hələlik məlum deyil.
Şübhəlinin 45 yaşlı qadın olduğu qeyd edilir, o, polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun