Dünya

Putin ilk dəfə müdafiə naziri dəyişikliyindən danışdı: Xərclər çoxalıb...

15 May 2024 22:02
Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiya prezidenti Vladimir Putin hərbi dairələrin komandirləri ilə görüş keçirib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Putin görüşdə yeni müdafiə naziri Andrey Belousovu təqdim edib və ilk dəfə olaraq müdafiə naziri dəyişikliyinə münasibət bildirib.

Rusiya liderinin sözlərinə görə, Belousovun təyinatı müdafiə və təhlükəsizlik xərclərinin artması ilə bağlıdır ki, bu da 2024-cü ildə ÜDM-in təxminən 8,7 faizini təşkil edib: "Xatırladım ki, 1980-ci illərin ortalarında Sovet İttifaqının müdafiə və təhlükəsizliyə ümumi xərcləri ÜDM-in təxminən 13 faizini təşkil edirdi. 2024-cü ildə müdafiə və təhlükəsizlik üçün ümumi xərclərimiz təxminən 8,7 faiz olacaq".

Putin bildirib ki, Belousov bütün təhlükəsizlik blokunun və Müdafiə Nazirliyinin iqtisadiyyatını ölkənin ümumi iqtisadiyyatına necə inteqrasiya etməyi mükəmməl başa düşür: "Bunlar son dərəcə vacib şeylərdir".

Putin Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən istefa verdikdən sonra Şoyquya müraciət edib, ölkənin Silahlı Qüvvələrinə "yeni görkəm verilməsi" istiqamətində gördüyü işlərin nəticələrinə görə təşəkkür edib: "Bu görkəm ardıcıl olaraq günün tələblərinə, müasir döyüş üsullarının tələblərinə uyğun olaraq yaradılır".

Prezident Baş Qərargahdakı dəyişikliklərdən də danışıb, bildirib ki, Baş Qərargah rəhbərliyi olduğu kimi qalır və orada hər hansı dəyişiklik nəzərdə tutulmur. Onun sözlərinə görə, "döyüş işini təmin edən struktur"da da heç bir dəyişiklik yoxdur: "Döyüş işi blokunu hazırlamışıq. Ritmik fəaliyyət göstərir, uğurla işləyir və burada heç bir dəyişiklik gözlənilmir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.