Baqrat sevinir: Birini tapdıq, qaldı 18-i...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanla delimitasiyaya qarşı etiraz aksiyası başladan və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyan müstəqil deputat İşxan Zakaryanın onlara qoşulduğunu elan edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu haqda bu gün keçirilən mitinqdə bildirib.
Keşiş Baqrat deyib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib.
Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının "birinci mərhələni keçdiyini" təxmin etmək olar:
"İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyənləşdirilməsi".
Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və "xalq istəsə", "katolikosun xeyir-duası ilə" istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, baş nazirə qarşı impiçmentin başlanması üçün deputatların 1/3-nin səsi lazımdır. Ermənistan parlamentində 107 deputat var və prosesi başlatmaq üçün 36 deputat müraciət etməlidir.
Parlamentdə "Ermənistan" (Robert Köçəryan) fraksiyasının 29, "Şərəfim var" (Serj Sərkisyan) fraksiyasının isə 6 deputatı var. İşxan Zakaryan "Şərəfim var" blokundan seçilib, daha sonra isə partiyadan istefa verərək, müstəqil fəaliyyət göstərir.
Müxalif fraksiyaların ümumi deputat yeri 35 olduğundan, impiçment prosesi üçün daha bir deputat səsinə ehtiyac var. Əgər 36 deputatın imzası ilə məktub daxil olarsa, 72 saat müddətində səsvermə olmalıdır. Baş nazirə etimadsızlıq üçün parlament deputatlarının yarıdan çoxu - ən azı 54 deputat səs verməlidir.
Nikol Paşinyanın "Mülki Müqavilə" fraksiyası parlamentdə mütləq üstünlüyə (71 mandat) sahibdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ





