Dünya

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

12 May 2024 11:55
Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məlumat verib.

"Hazırda ən azı dörd isti plazma buludu Yerə doğru uçur. Onlardan yalnız biri indiyədək Yerin maqnitosferinə çatıb. O, mayın 11-nə keçən gecə 2005-ci ildən bəri ən güclü maqnit qasırğasını törədib", - Yazev izah edib.

Astronomun sözlərinə görə, plazma buludları müxtəlif sürətlə hərəkət edir. Ona görə də mayın 12 və 13-də Yer kürəsində bu emissiyaların yaratdığı davamlı maqnit qasırğası müşahidə olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory