Dünya

Rusiya NATO ölkələrinə hücum edə bilərmi? - Coana

10 May 2024 00:15
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın hazırda alyansın bir hissəsi olan heç bir ölkəyə hücum etmək niyyəti yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana Unirea FM radioasına açıqlamasında bildirib.

"Aydındır ki, hazırda Rusiyanın heç bir NATO dövlətinə hərbi hücum etmək niyyəti və imkanı da yoxdur, lakin bizə qarşı bütövlükdə hibrid müharibəyə başlayıb", - M.Coana deyib.

Onun sözlərinə görə, Rumıniya minnətdar olmalıdır ki, NATO-ya üzvlük onun təhlükəsizliyini təmin edir:

"Biz çox güclü ittifaqın içindəyik və həqiqətən də NATO-nu onilliklər ərzində heç vaxt olmadığı qədər dəyişmək prosesindəyik, o cümlədən hərbi istehsalın artırılması yolu ilə müdafiə planlarında..."

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.