Dünya

Araxamiya: “Ukrayna hakimiyyəti bir neçə min məhbusu orduya cəlb edə bilər”

8 May 2024 21:46
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən 15-20 min məhbus Ukrayna Silahlı Qüvvələrinə səfərbərlik meyarlarına cavab verə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya bildirib.

"Bu, uyğun ola biləcək məhbuslar üçün paylaşılan mənbədir. Onlardan neçəsinin müqavilə imzalayacağını bilmirik, çünki bu, tərəflərin razılığı ilə baş verəcək. Hesab edirik ki, bu, təxminən bir neçə min nəfər olacaq", - fraksiya rəhbəri vurğulayıb.

Mayın 8-də Ukrayna Ali Radası müəyyən kateqoriyalı məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına göndərilməsinə icazə verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.