Dünya

Ermənilərin baş keşişi İrana təşəkkür etdi – “Azərbaycana qarşı...”

3 May 2024 19:33
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın katolikosu II Qaregin İran İslam Mədəniyyəti Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  görüş Eçmiədzin kilsəsində baş tutub.

Görüşdə İranın Ermənistandakı səfiri Mehdi Sübhani də iştirak edib.

Qaregin Ermənistanın "çətin günlər"ində İranın dəstəyindən danışıb. Ermənilərin baş keşişi həmçinin Azərbaycana qarşı Ermənistana verdiyi dəstəyə görə İrana təşəkkür edib.

İmanipur da ölkəsinin Ermənistan və İrandakı erməni icmasına qayğısından söz açıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.