Dünya

İsrail Müdafiə Qüvvələri İranın raket hücumuna reaksiya veriləcəyini bildirib

15 Aprel 2024 22:18
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İran İslam Respublikasının raket hücumuna reaksiya verəcəyik".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi, general Herzi Halevi İranın hücumunda hədəf alınan Nevatim Hava Bazasından verdiyi açıqlamasında bildirib.

İsrail Müdafiə Qüvvələri "X" hesabındakı paylaşımında İranın dron və raket hücumuna qarşı əməliyyata "Dəmir Qalxan" adının verildiyini bildirib.

İsrailin "Channel 12" telekanalı isə xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı gözlənilən hücuma hazırlığını başa çatdırıb.

Xəbərdə deyilir ki, İsrailin hərbi kabineti bazar ertəsi keçirilən iclasında ABŞ ilə koordinasiyalı şəkildə İranın hücumuna "aydın və güclü" cavab vermək qərarına gəlib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.