Dünya

ABŞ MİT rəisindən İsrail-İran arasındakı gərginlikdə vasitəçi olmasını istəyib

14 Aprel 2024 21:33
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Amerika kəşfiyyatının başçısı bayram günü türkiyəli həmkarına zəng edərək ondan "İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını istəyib".

Eyni zamanda, Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar.

Kalın telefon danışığından sonra HƏMAS nümayəndələri ilə təmasda olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.