Dünya

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək

11 Aprel 2024 13:21
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn "Azututyun" radiosuna müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir: "Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Maşınlar münaqişə zonasına daxil ola biləcəklər və həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar".

Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.