Dünya

İranın bütün qüvvələri döyüş hazırlığı vəziyyətindədir

11 Aprel 2024 12:41
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya İranın İsrailə cavab zərbələrini gözləyir. Eyni zamanda, İsrail və ABŞ-ın da İrana daha böyük cavab zərbələri gözlənilir. İranın bütün silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"İsrail də tam hazır vəziyyətdədir. Bayden deyib ki, İran İsrailə hücumu etsə, ABŞ İsrailin tərəfində olacaq. Böyük müharibə bu gecədən başlaya bilər. Bəlkə də yox. Bu, Rusiyaya da təsir edə bilər, çünki İsrailin cavab zərbəsi Rusiyanın Buşəhdəki AES-nə də endirilə bilər. Siyasi səbəblərdən Rusiya ABŞ-ın iştirak etdiyi istənilən müharibədən faydalanır ki, Vaşinqton Ukraynadakı fəaliyyətini azaltsın. Amma humanist səbəblərdən Rusiya istənilən müharibənin əleyhinədir", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.