Dünya

“İsrailə embarqo tətbiq etmiş ilk ölkə olduq”

10 Aprel 2024 09:40
Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə İsrailə embarqo tətbiq etmiş ilk ölkə oldu".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat TRT Haber-in efirində deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyətə siqnal vermək məqsədilə İsrailə ixraca məhdudiyyət qoyulub:

"Bunu edərkən itkilərə önəm vermədik. Bizim üçün önəmli olan qəzzalıların zülmünə son qoymaqdır. Müəyyən etdiyimiz məhsullar İsrail üçün vacib məhsullardır".

Nazir bu embarqodan Fələstinin də təsirlənəcəyinə diqqət çəkib: "Onlar Türkiyədən Fələstinə ticarətin bu qərardan təsirlənə biləcəyinə baxmayaraq, bu qərarın əsas məqsədinin İsrailin təcavüzünü dayandırmaq, dərhal atəşkəs əldə etmək və Qəzzaya humanitar yardım karvanlarının keçməsini təmin etmək olduğunu bildiklərini çatdırıblar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.