Dünya

İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır

9 Aprel 2024 13:43
Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Londonda fəaliyyət göstərən "Elaph News" Qərbdəki təhlükəsizlik mənbələrinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, İran Dəməşqdəki konsulluğuna zərbə endirməsinə cavab olaraq İsrailə hücum edərsə, İsrail İrandakı hədəfləri vuraraq qarşılıq verəcək.

Nəşrin məlumatında bildirilib ki, İsrail son günlərdə İranın nüvə obyektlərinə, eləcə də digər vacib obyektlərə zərbə endirilməsini nəzərdə tutan hərbi hava təlimləri keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.