Dünya

İş adamı arvad-uşağının gözü önündə GÜLLƏLƏNDİ

5 Aprel 2024 15:53
Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Surqut şəhərində 44 yaşlı kişi arvadının və uşağının gözü qarşısında güllələnib.

Milli.Az lent.az-a istinadən bildirir ki, qətlin kişi və ailəsinin evlərinin yaxınlığında maşından düşərkən baş verdiyi deyilir. Qətlə yetirilən şəxsin sahibkar olduğu bildirilir.

Məlumata görə, cinayətkar girişdə gözləyib. O, maşının yanına qaçaraq beş dəfə atəş açıb və qaçıb. Arvad və uşaq xəsarət almayıb.

Hələlik atəş açan şəxsin kimliyi müəyyən edilməyib. Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.