Dünya

"Krokus"a hücumla bağlı ŞOK FAKTLAR - Sifariş bu ölkədən gəlib?

5 Aprel 2024 15:43
Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya İstintaq Komitəsinin (İK) müstəntiqləri terrorçuların telefonlarından məlumat əldə edərək "Crocus City Hall" konsert zalına edilən hücumun Ukrayna ilə əlaqələndirilməsinə dair sübutlar tapıblar.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hücumda iştirak edənlərdən birinin telefonunda dağıdılmış evlərin fonunda üzərində Ukrayna bayrağı olan kamuflyaj geyimli şəxslərin fotoşəkilləri və Ukrayna poçt markası aşkar edilib.

İstintaq Komitəsi Moskva yaxınlığındakı Krokusda baş verən terror aktını Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla əlaqələndirib. İstintaqçılar bildiriblər ki, cinayətkarlar kuratorun göstərişi ilə terror aktını həyata keçirmək üçün konsert zalını seçiblər.

Fevralın 24-də səhər saatlarında terrorçulardan biri kuratora konsert zalının binasına girişlərin görüntülərini, eləcə də məkana giriş yollarının şəkillərinin skrinşotlarını göndərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.