Tayvanda zəlzələdə ölənlərin sayı 10-a çatdı - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:02
Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Xəsarət alanların sayı isə 934 nəfər olub.
------
11:25
Tayvanın şərq sahillərində baş verən zəlzələ nəticəsində 7 nəfər ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" ölkə hökumətinə istinadən məlumat yayıb.
Son məlumatlara görə, xəsarət alanların sayı 711 nəfərdir, daha 77 nəfər qəzalı binalarda qalıb.
-------
08:44
Tayvanda baş verən zəlzələ nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Yanğınsöndürmə Xidməti məlumat yayıb.
Daha əvvəl bildirilirdi ki, zəlzələdən sonra səkkiz mərtəbəli yaşayış binası qismən uçub, 8 nəfər içəridə qalıb.
Hualyanda, Çjunşan və Çunçin küçələrinin kəsişməsindəki binanın birinci mərtəbəsi dağılıb, bina əyilib, lakin dağılmayıb. Hadisə yerinə gələn xilasedicilər yanğın nərdivanlarından istifadə edərək sakinləri pəncərələrdən çıxarıblar.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.
------
06:18
Tayvanın şərq sahillərində baş verən 7,5 maqnitudada zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrlik sunami təhlükəsi yaranıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Miyakodzima və Yaeyama adalarına sunami təsirinin təxmini vaxtı yerli vaxtla saat 09:10-dur (Bakı vaxtı ilə saat 04:10). Dalğanın sahilə çatıb-çatmadığı barədə hələ məlumat yoxdur. Prefekturanın əsas adası olan Okinava ərazisində yerləşən adalar üçün yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 05:00) sunami proqnozlaşdırılır.
İdarə qeyd edib ki, 7,5 maqnitudada zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
Rusiyada qaz kəmərində güclü partlayış - Yanğın başladı
XƏBƏR LENTİ
-
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
-
Evdə "Coca-Cola" hazırlamağın sirri açıqlandı
-
Yapon yumurtası necə hazırlanır? (Zərf üsulu)
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı





