Dünya

Finlandiyada məktəbə silahlı hücum: Bir uşaq öldü - YENİLƏNİB

2 Aprel 2024 14:56
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:56

Finlandiyanın Vantaa şəhərindəki Viertola rayonunda yerləşən məktəbdə baş verən atışmada altıncı sinif şagirdi ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Finlandiya KİV-i məlumat yayıb.

Polis daha iki şagirdin ağır yaralandığını bildirib.

Qeyd edilib ki, məktəbdə 800-ə yaxın şagird, 90-a yaxın müəllim çalışır.
Daha əvvəl məktəbdəki atışma nəticəsində azı üç nəfərin yaralandığı bildirilmişdi.

---------

13:58


Səhər saatlarında Finlandiyanın Vantaa şəhərində məktəbdə atışma baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis departamenti məlumat yayıb bildirib.

Polis əməkdaşlarının verdikləri məlumata görə, hadisə nəticəsində üç azyaşlı xəsarət alıb.

Qeyd olunur ki, azyaşlı olduğu bildirilən şübhəli şəxs həbs edilib. Araşdırma davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.