Dünya

Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib

26 Mart 2024 12:29
Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 21-də Qazaxıstanın Almatı şəhərində Novruz festivalı keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə keçirilən beynəlxalq tədbirdə Türk dünyası ölkələrinin mədəniyyətinin və adət-ənənələrinin tərənnümünə xüsusi yer verilib.

Belə ki, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Tacikistan, Monqolustan və Başqırdıstandan gələn sənətkar qonaqlar, eləcə də ölkələrin baş konsulluqlarının nümayəndələri, Qazaxıstan xalqları assambleyası iştirak edib.

Festival incəsənət və sənətkarlıq, türk dünyası ölkələrinin adət-ənənələri və xalq musiqiləri ilə zəngin təşkil olunub. Meydanda iştirakçı ölkələrin sənətkarlıq emalatxanaları, milli mətbəxlərdən ibarət pavilyonlar, sərgilər, mədəni irs meydançası, yurdlarda qazax etno-aulu, interaktiv oyun meydançaları təşkil olunub.

Novruz festivalı çərçivəsində Azərbaycandan dəvət olunan xalçaçı rəssam Nazilə Əbilova və Gülşən Murtuzayevanın hazırladığı xovlu və xovsuz xalça nümunələrinə xüsusi yer ayrılıb. 50 ildən çox xalça toxuma təcrübəli sənətkarımız tədbir iştirakçılarına ölkəmizin zəngin xalçaçılıq nümunələrini nümayiş etdirib. Qarabağ xalçaçılıq məktəbinin üslubunda hazırlanan yun və ipək xalçalar qonaqların marağına səbəb olub.

Novruz Festivalına qatılan Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev sənətkarların əl işləri ilə yaxından tanış olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.