Baş ofisi Londonda yerləşən "Henley & Partners" təşkilatı milyonçu və milyarderlərlə bağlı yeni hesabat yayıb.
Milli.az axar.az-a istinadən xəbər verir ki, siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.
Sənədə görə ABŞ-da son 5 ildə milyonçuların sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonçuların təxminən üçdə biri ABŞ-da yaşayır.
Siyahıda ikinci yerdə gələn Çindəki milyonçuların sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.
Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyonçu və milyarderlərin sayının artmasına mane olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun