Dünya

“Krokus” teraktı: İtaliya da hərəkətə keçdi

24 Mart 2024 11:28
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada baş verən qanlı terror aktına görə İtaliya polisi həssas ərazilərdə mümkün təhlükələri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, İtaliyanın Daxili İşlər Nazirliyi həssas hesab edilən ərazilərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı göstəriş verib.

Belə ki, ibadət yerlərində, səfirliklərdə, qatar stansiyalarında və hava limanlarında təhlükəsizlik tədbirləri artırılıb.

Bundan başqa, martın 25-də Daxili İşlər Nazirliyində İctimai Asayiş və Təhlükəsizlik üzrə Milli Komitənin Moskvadakı terror aktından sonrakı vəziyyətin təhlilinə həsr olunmuş iclasının keçiriləcəyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.