Dünya

Kral ailəsindən Keytlə bağlı ilk rəsmi açıqlama

22 Mart 2024 13:25
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kral ailəsi ilk dəfə uzun müddət barəsində müxtəlif şayiələr yayılan Keyt Middletonun xəstə olduğu dövrdə nə işlə məşğul olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Saraydan verilən açıqlamada Uels şahzadəsinin evdən uşaqların inkişafı ilə bağlı layihənin üzərində işlədiyi bildirilib.

Belə ki, Middleton keçirdiyi abdominoplastika əməliyyatından sonra  2023-cü ilin yanvarında istifadəyə verilmiş Erkən Uşaqlıq Mərkəzinin Kral Fondunun (RFCEC) "Shaping Us" layihəsini inkişaf etdirir.

Mənbə, həmçinin Keytin sağaldığını iddia edir və hələlik müvəqqəti olaraq evdən işlədiyini bildirir. Onun iştirak etdiyi layihə uşaqların erkən yaşda sosial və emosional inkişaf mexanizmlərini daha yaxşı anlamaq üçün nəzərdə tutulub.

Saraydan verilən məlumata görə, Keyt mətbuatda yayılan son xəbərlərdən xəbərdardır. Bu, Kensinqton Sarayının Şahzadə Uilyamın həyat yoldaşının vəziyyəti ilə bağlı verdiyi ilk rəsmi şərhdir.

Qeyd edək ki, uzun müddətdir ortalıqda görünməyən Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Bir müddət əvvəl həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.