Dünya

“Bayden ölkəni məhv edir”

22 Mart 2024 08:33
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden immiqrasiya siyasəti ilə ölkəni məhv edir.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp "Truth" sosial şəbəkəsində deyib.

"Qeyr-qanuni miqrantların axınına icazə verməklə ölkəni işğal etdirir. Bayden onları sosial təminatsız, tibbi ehtiyac içində qoyaraq öldürür və bu ölkəmizi məhv edir", - deyə o bildirib.

O, bir daha Baydeni Amerika Birləşmiş Ştatları tarixində ən pis prezident adlandırıb.

Bundan əvvəl Tramp Baydenin siyasətinin ölkədə qeyri-qanuni miqrantların sayının 15 milyona çatmasına səbəb olduğunu bildirmişdi.Onun fikrincə, hazırkı prezident böhranın real miqyasını anlamır.

Qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət bir neçə ildir ki, cənub ştatları ilə federal hökumət arasında mübahisə mövzusudur. Ən gərgin vəziyyət Texas ştatında yaranıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory