Dünya

Əfqanıstanda partlayış: 40 nəfər öldü

21 Mart 2024 14:43
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Qəndəhar şəhərində "Kabil Bank"ın önündə partlayış olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın yerli media orqanları məlumat yayıb.

Səhər saatlarında baş verən partlayış nəticəsində 40-a yaxın adam ölüb, 20-dən çox adam yaralanıb.

Partlayış maaşlarını almaq üçün "Kabil Bank"a gedən Taliban qüvvələrinin toplaşdığı vaxtda baş verib.

Hələlik heç bir teror qruplaşması bu partlayışı öz üzərinə götürməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 
 
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.