Əfqanıstanın Qəndəhar şəhərində "Kabil Bank"ın önündə partlayış olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın yerli media orqanları məlumat yayıb.
Səhər saatlarında baş verən partlayış nəticəsində 40-a yaxın adam ölüb, 20-dən çox adam yaralanıb.
Partlayış maaşlarını almaq üçün "Kabil Bank"a gedən Taliban qüvvələrinin toplaşdığı vaxtda baş verib.
Hələlik heç bir teror qruplaşması bu partlayışı öz üzərinə götürməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun