Dünya

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

21 Mart 2024 12:52
Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ öz vətəndaşlarının Haitidən təxliyəsinə başlayır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Martın 20-dən etibarən ABŞ hökuməti öz vətəndaşlarının Haitidən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına çarter reysləri təşkil edirik. ABŞ hökumətinin nümayəndələri konsulluq yardımı göstərmək üçün oradadırlar", - Patel deyib.

Bu günə qədər təxminən 1,6 min amerikalı Haitidən təxliyə üçün hökumətə müraciət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.