Dünya

Fransa və Polşa NATO adından danışa bilməz - İtaliya

10 Mart 2024 20:30
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb qoşunlarının Ukraynaya göndərilməsi eskalasiyaya gətirib çıxaracaq və bu, diplomatik həlli mümkünsüz edəcək.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.

"NATO qoşunlarının Kiyevə gətirilməsi diplomatiyanın yolunu bağlayacaq, bu, bir istiqamətdə eskalasiyaya doğru addım demək olardı. NATO Ukraynadakı münaqişənin lap əvvəlindən ondan kənarda qalıb. Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsindən bəhs edən Fransa, eləcə də Polşa öz adından danışa bilər, lakin bütün ittifaq qüvvələrin adından danışa bilməz", - o bildirib.

İtaliyalı nazir hesab edir ki, Kiyevi silahla təmin etmək düzgün addımdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.