Dünya

İngiltərənin danışdığı sirli dəfn mərasimi: Tabut boş olub, zaldakı insanların... - FOTO

10 Mart 2024 12:41
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonun tarixi kilsələrindən birində möhtəşəm dəfn mərasimi keçirməyə hazırlaşan keşiş Makhardi tabutun boş olduğunu və zalı dolduranların aktyor olduğunu anlayınca, mərasimi ləğv edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Londonun Cənubi Kensinqton rayonundakı London Oratory Roma Katolik kilsəsində saxta dəfn mərasimi təşkil olunub.

49 yaşlı Peder Rupert MakHardiyə cəsədin yeni il gecəsi itkin düşən və sonradan meyiti tapılan 23 yaşlı Lauris Zaubeyə aid olduğu bildirilib. Xütbəsini hazırlayıb xalatını geyinən keşiş ibadət üçün hazırlaşıb, lakin tabutun boş olduğunu görüb.

MakHardi dəfnin böyük bir uydurma olduğunu başa düşdükdə mərasimi ləğv edib.

O, dəfn mərasimini təşkil edən və gəncin qardaşı olduğunu iddia edən Klayd Zaubenin məhkum olunmuş cinayətkar olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.