Dünya

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

9 Mart 2024 16:36
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqlarını bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki əhalinin sayı 10 703-ə çatıb və onların 549-u uşaqdı. Hücumlarda 20 146 adam yaralanıb.

Mohamed Xaled qeyd edib ki, Rusiya qüvvələri Ukraynanın müharibənin genişləndiyi kənd, qəsəbə və şəhərlərini demək olar ki, tamamilə dağıdıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.