Dünya

Hindistan Pakistan sərhədində böyük təlimlərə başlayır

8 Mart 2024 20:47
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistan ordusu quru qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələrinin iştirakı ilə 12 martda genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tayms of İndia" məlumat yayıb.

Bildirilib ki, manevrlər zamanı Hindistan şirkətləri tərəfindən istehsal olunan 60-a yaxın silah sisteminin, o cümlədən "BrahMos" səsdən sürətli qanadlı raketlər, "Akaş" zenit-raket kompleksləri, "Svati" artilleriya kəşfiyyat stansiyaları, "Vajra" özüyeriyən haubitsaları, "Pinaka" reaktiv yaylım atəş sistemləri və digər silahların döyüş qabiliyyəti nümayiş etdiriləcək.

Təlimlərdə həmçinin "Tejas" qırıcıları, "Praçand" yüngül helikopterləri, ən son artilleriya sistemləri ilə təchiz edilmiş döyüş gəmiləri, torpedo silahları və pilotsuz uçuş aparatlarından da istifadə ediləcək.

Hindistan Baş naziri Narendra Modi və müdafiə naziri Rajnatx Sinqxin izləyəcəyi təlimlər Pakistanla sərhəddəki Racastan ştatının Tar səhrasında baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.