Avropa İttifaqı 2025-ci ildən Rusiya qazının Ukrayna vasitəsilə tranzitindən imtina edəcək.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
O, Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra baş tutan mətbuat konfransında bildirib ki, hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir.
Qeyd edək ki, tranzit sazişinin müddəti 2024-cü il dekabrın 31-də başa çatacaq.
Komissar onu da etiraf edib ki, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışına qadağa qoyulmasını dəstəkləmir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun