Dünya

Ən böyük nüvə silahı arsenalına malik ölkə açıqlandı

3 Mart 2024 09:16
Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton bəyan edib.

Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun "RS-28 Sarmat" qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub.

"Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir".

Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən "Kinjal" və "Zirkon" hipersəs raket sistemləri də daxildir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.