Dünya

İsrail yardım gözləyən fələstinlilərin olduğu ərazini bombaladı: 100-ə yaxın ölü var - FOTOlar

29 Fevral 2024 16:26
Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında İsrail qüvvələri Qəzzada humanitar yardım gözləyən fələstinlilərin olduğu izdihama zərbə endirib, ən azı 100 nəfər həlak olub.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki,  İsrail ordusu Qəzza şəhərinin Rəşid küçəsindəki Nabulsi kəsişməsində ərzaq yardımı üçün toplaşan mülki fələstinlilərə hücum edib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada ölənlərin sayının 104-ə, yaralıların sayının isə 760-a yüksəldiyi bildirilib.

İsrail ordusunun sözçüsü isə bildirib ki, ordunun həmin məkana hər hansı zərbə endirməsi və atəşə tutması barədə məlumat yoxdur.

Nərmin
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.