Dünya

Gürcüstanın XİN başçısı Türkiyəyə yola düşəcək

15 Fevral 2024 01:44
Baxış: 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bu gün Türkiyəyə rəsmi səfərə gedəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Darçiaşvili türkiyəli həmkarı Hakan Fidanla, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək.

Qeyd olunub ki, görüşlər zamanı Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, iki ölkə arasında əlaqələrin cari gündəliyinə diqqət yetiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.