Dünya

İsrail yeni razılaşma ilə bağlı HƏMAS-dan cavab alır

7 Fevral 2024 06:20
Baxış: 740
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrailin kəşfiyyat xidməti "Mossad" Qətərin vasitəçiliyi ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Fələstinin radikal HƏMAS hərəkatından cavab alıb və onu gözdən keçirir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində İsrail girovlarının azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı HƏMAS-dan cavab aldığını bildirib. O, HƏMAS-ın saziş layihəsinə reaksiyasını müsbət adlandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.