Dünya

Priqojindən sonra o da yoxa çıxdı – “Vaqner”in yeni lideri haradadır?

4 Fevral 2024 21:59
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lideri Yevgeni Priqojinin ölümündən sonra "Vaqner" qrupuna komandanlıq edən Anton Yelizarov ("Lotos") Rusiyada yoxa çıxıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə VÇQ-OQPU Teleqram kanalı məlumat yayıb.

Kanal yazır ki, Lotos bu yaxınlarda əlaqəni kəsib. Mənbənin iddiasına görə, Yelizarov Rusiyanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Amma məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

"Lotos "Vaqner"dən ayrılaraq rəhbərlik etdiyi qüvvə ilə birlikdə Rusiya Müdafiə Nazirliyinin himayəsinə keçən Andrey Troşevlə müqayisədə daha sərfəli görünürdü. Sonradan Yelizarov "Rosqvardiya"ya yaxınlaşdı ki, bu da onun "Vaqner"in müstəqilliyini saxlamaq istəyən çevrələrdəki nüfuzunu sarsıtdı", - kanal bildirib.

Yevgeni Priqojin ötən il avqustun 23-də Rusiyanın Tver vilayətində öldürülüb. Priqojin və "Vaqner"in rəhbər şəxslərini daşıyan təyyarə vilayət üzərində vurulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.