Dünya

“Amazon”un 50 milyona qədər səhmini satmaq niyyətindədir

4 Fevral 2024 09:26
Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı milyarder Ceff Bezos qurduğu "Amazon" şirkətinin 50 milyona qədər səhmini satmaq niyyətindədir, digər idarəçilər isə şirkətin təxminən 440 min qiymətli kağızını satacaqlar.

Milli.Az report-a istinadən xəbər verir ki,bu korporasiyanın saytında dərc olunan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının illik hesabatında göstərilib.

Qeyd olunub ki, plan 2023-cü ilin noyabrında razılaşdırılıb. O, Bezosu müəyyən şərtlər altında 31 yanvar 2025-ci ilədək "Amazon"un 50 milyona qədər səhmini satmağa çağırır.

Onların ümumi dəyəri qiymətli kağızların hazırkı qiyməti ilə təxminən 8,6 milyard dollar olacaq.

Məlumatlara görə, korporasiya və onun müxtəlif bölmələrinin rəhbərliyinin ən azı yeddi nümayəndəsi də yaxın illərdə və aylarda Amazon səhmlərini satmağı planlaşdırır. Onlar ümumilikdə 440 minə yaxın qiymətli kağız satmaq niyyətindədirlər.

İxtisaslaşdırılmış media hesablamalarına görə, Bezos hazırda korporasiyanın təxminən 988 milyon səhminə sahibdir. Amazon 1994-cü ildə onlayn kitab mağazası kimi yaradılıb. İndi o, internet vasitəsilə mal və xidmətlər satan dünyanın ən böyük şirkətlərindən biridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.