Dünya

Aİ-nin Qırmızı dənizdəki missiyasına bu ölkə rəhbərlik edəcək

3 Fevral 2024 17:49
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırmızı dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi ilə bağlı Avropa İttifaqının missiyasının taktiki komandanlığı İtaliyaya həvalə edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın müdafiə naziri Quido Krozetto açıqlayıb. 

Onun sözlərinə görə, Aİ İtaliyadan Qırmızı dənizdə "Aspides" əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib. 

Qeyd edək ki, Aİ yanvarın 22-si Qırmızı dənizdə kommersiya gəmilərini Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) hücumlarından qorumaq üçün missiya həyata keçirmək barədə qərara gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.