Dünya

XIX əsrdə batan gəmi ilə bağlı müəmma – FOTO

4 Fevral 2024 18:02
Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada XIX əsrdə batan gəminin müəmmalı qalıqları Nyufaundlend əyalətində sahilə çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gəminin qalıqlarını 21 yaşlı Qordon Blekmor quş ovu zamanı aşkar edib. Bir çox turistlər və yerli sakinlər köhnə gəminin qalıqlarına baxmaq üçün Keyp-Rey kəndinə axın etməyə başlayıblar.

Nyufaundlendin Qəzaya uğramış gəmilərin mühafizəsi cəmiyyətinin prezidenti Nil Bercess yelkənli qayığın 1800-cü illərdə tikildiyini təxmin edib. Gəminin aşkar edilən hissəsinin uzunluğu 24 metrə çatır.

Bercess dağıntıların keçən il ərazini ağuşuna alan Feona fırtınasının dəniz dibindən çıxara biləcəyinə dair fərziyyəni irəli sürüb. Qasırğa bir çox evi dağıdıb və sahil xəttini dəyişib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.