Dünya

Qırğızıstanda zərgərlik məmulatlarının istehsalı artıb

1 Fevral 2024 21:40
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin sonunda yerli sahibkarlar 145 milyon som dəyərində zərgərlik məmulatları istehsal ediblər ki, bu da 2022-ci ilin istehsal həcmindən 5 dəfə çoxdur.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Aynurə Usenbekova deyib.

O qeyd edib ki, bu göstəricilər hədd olmamalıdır və 2024-cü ildə 2023-cü illə müqayisədə daha da yüksək olmalıdır.

Onun sözlərinə görə, dövlət dəstəyinin göstərilməsi çərçivəsində hazırda zərgərlik məmulatları istehsalçıları ƏDV-ni 80% endirimlə ödəyirlər.

"Həmçinin 2022-ci ildə "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qırğızıstan Respublikası Qanununun yeni redaksiyası qəbul edilib. Yaxın vaxtlarda əsas problemin - yerli zərgərlik istehsalçılarının xammalla (qızıl və gümüş) təminatının həlli istiqamətində işlərin aparılması nəzərdə tutulur", - deyə o bildirib.

Nazir müavini vurğulayıb ki, nazirliyin rəhbərliyi istehsalçıların bu gözəl sənətin qorunub saxlanmasına və inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir.

Sonda Usenbekova zərgərlik sənayesinin inkişafı üçün rəqabətli şəraitin yaradılmasını müzakirə etməyə və işləməyə, layihələrin təşviqinə (yeni istehsal müəssisələrinin, yeni iş yerlərinin yaradılması), ənənələrin qorunmasına və innovativ yanaşmaların təşviqinə köməklik göstərməyə hazır olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.