Hadisə

Azərbaycanda 2 nəfər qəbiristanlıqda öldü

20 Oktyabr 2025 11:49
Baxış: 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə olub.

Milli.Az xəbər verir ki, oktyabrın 19-u saat 16 radələrində Saray qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqda orada fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Əliş oğlu Mehdiyev elektrik cərəyanı vurmasından ölüb.

Onun ehtiyatsızlıqdan naqilə toxunduğu və bu zaman bədbəxt hadisənin baş verdiyi bildirilir.

Göygöl rayonunda isə qəbiristanlıqda təzyiqi qalxan şəxs ölüb. Belə ki, Balçılı kəndinin ərazisində yerləşən qəbiristanlıqda kənd sakini 1957-ci il təvəllüdlü Nürəddin Cəfərqulu oğlu Xəlilov qəfil ölüb.

Ziyarətə getmiş şəxsin yüksək təzyiqdən öldüyü bildirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.