Dünya

Qaribaşvili: Azərbaycan-Ermənistan dialoquna böyük nikbinliklə baxırıq

26 Yanvar 2024 21:11
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə hazırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

"Biz hər zaman bütün region ölkələrinin və xalqlarının xeyrinə olacaq davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olmuşuq. Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə baxırıq. Ümid edirəm ki, ölkələr tezliklə sülh sazişi imzalayacaqlar. Bu razılaşma, şübhəsiz ki, regionda sülhü möhkəmləndirəcək", - İrakli Qaribaşvili bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.