Dünya

Popesku istefa verdi

24 Yanvar 2024 12:18
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Nikolay Popesku istefa verdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

"Ölkə Prezidenti Maya Sandu tərəfindən xarici siyasət sahəsində qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdikdən sonra Baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verdiyimi və bu mərhələdə fasiləyə ehtiyacım olduğunu bəyan edirəm", - deyə Popesku mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vəzifəsindən getdikdən sonra da Avropaya inteqrasiya prosesində hökumətə və öz komandasına dəstək verməyə davam edəcək. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.