Dünya

Cənubi Koreyanın baş naziri koronavirusa yoluxdu

22 Yanvar 2024 11:41
Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın baş naziri Han Dak Sunun bazar günü COVID-19 üçün verdiyi test müsbət çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan qayıtdıqdan iki gün sonra hökumət başçısında koronavirus aşkarlanıb.

Məlumdur ki, siyasətçi gələn həftənin rəsmi tədbirlərini, o cümlədən çərşənbə axşamı, yanvarın 23-də Nazirlər Kabinetinin iclasında iştirakını ləğv edib. İclasa baş nazirin müavini Çoy Sanq-Mokun sədrlik edəcəyi gözlənilir.

Han Dak Sunun özü isə gələn həftəni evdə keçirmək və məsələlərə telefonla nəzarət etmək niyyətindədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.