Dünya

Astronomlar Süd Yolunda sirli obyekt aşkarladılar

21 Yanvar 2024 09:39
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq astronomlar qrupu Süd Yolunda məlum olan ən ağır neytron ulduzlarından daha ağır və eyni zamanda bütün məlum qara dəliklərdən daha yüngül olan sirli obyekt aşkar ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan məqalədə deyilir.

"MeerKAT" radioteleskopunun köməyi ilə aparılan müşahidələr zamanı "NGC 1851" kürə qrupunda Yerdən təxminən 40 min işıq ili məsafəsində yerləşən sürətlə fırlanan obyekt aşkar edilib.

Astronomların fikrincə, obyektin sonrakı tədqiqi və onun növlərinin aydınlaşdırılması neytron ulduzlarının və ya qara dəliklərin təkamülünü başa düşməkdə dönüş nöqtəsi ola bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.