Dünya

Britaniya Parlamentində 20 Yanvar hadisələri yad edilib

19 Yanvar 2024 17:02
Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya Parlamentinin İcmalar Palatasında 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsinə həsr olunmuş ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb.

Azərbaycanın Britaniyadakı səfirliyindən Milli.Az-a verilən xəbərə görə, qanunvericilik təşəbbüsündə Parlament tərəfindən 1990-cı il 20 yanvar tarixində Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində həlak olan 150 mülki şəxsin xatirəsinin anıldığı qeyd olunub.

Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən tərəfindən irəli sürülmüş bu təşəbbüslə Britaniya Parlamentinin bütün üzvləri 20 Yanvar hadisələrini yad etməyə çağırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.